Rusiya və Fransa Çindəki vətəndaşlarını təxliyə edir


19:12     28 Yanvar 2020 2020/01/c57c88ef-81df-421b-a154-8d643ffa93a4_1580217222.jpg

Çinə təşkil olunan turlarla gedən Rusiya vətəndaşı olan turistlər təxliyə olunacaqlar.


Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Turizm üzrə Federal Agentliyindən bildirilib.

Məlumata görə, hazırda Çində təşkil olunan turlarla gedən 5,6 min rusiyalı turist var. Agentlikdən bildirilib ki, həmin turistlərin hamısı fevralın 4-dək geri dönəcəklər.

***

“Fransa koronavirusla əlaqədar Çindəki vətəndaşlarını təxliyə etməyə hazırlaşır”.
Femida.az “Report” “CNN Türk”ə istinadən xəbər verir ki, bunu Fransanın ekologiya və davamlı inkişaf naziri Jan-Batist Cabbari deyib.

Məlumata görə, ilk təyyarə yanvarın 29-da Çinə yola düşəcək. Çindən gələcək vətəndaşların karantin altına alınacağını bildirən nazir növbəti təyyarənin də göndəriləcəyini açıqlayıb. Amma ikinci təyyarənin Çinə nə zaman uçacağı hələlik məlum deyil.

Açar sözlər:

Oxunub: 817