Fərhad Abdullayev: “Ötən il Konstitusiya Məhkəməsinə 2850 şikayət daxil olub”


20:06     28 Yanvar 2020 20_01_28_1580227764.jpg

“2019-cu ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə ümumilikdə 2850 şikayət, o cümlədən 909 şikayət onlayn qaydada daxil olub”.



Femida.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev keçirilən hesabat iclasında deyib.

O bildirib ki, Konstitusiya Məhkəməsinin rəsmi saytı vasitəsilə daxil olan onlayn ərizə və məktubların sayında artım müşahidə edilib:

“Konstitusiya Məhkəməsi Plenumunun qərar və qərardadlarında mülki, cinayət, əmək, vergi və hüququn digər sahələrində yaranan hüquqi kolliziyalara dair Azərbaycan Respublikasının Konstitusiyasının müddəaları nöqteyi-nəzərindən hüquqi qiymət verilib”.

Femida.az

Açar sözlər: #konstitusiya   #məhkəmə  

Oxunub: 1335