Türkiyə ilə bütün əlaqələr kəsilib - Rusiya Müdafiə Nazirliyi


13:27     27 Noyabr 2015 bd97760920b355759c979f7d3ea36bb3.jpg

Rusiya Müdafiə Nazirliyi və Türkiyə Silahlı Qüvvələri arasında bütün təmas kanalları bağlanıb, həmçinin Rusiya Qara dəniz donanması və Türkiyə Hərbi-Dəniz Qüvvələrinin fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə Rusiya Hərbi-Dəniz Qüvvələrinin Türkiyədəki nümayəndəsi geri çağırılıb.


Femida.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

“Həmçinin Suriyadakı terrorçuların mövqelərinin məhv edilməsi zamanı mümkün aviasiya insidentlərinin qarşısının alınması üçün yaradılan “qaynar xətt”də ləğv edilib”, deyə Konaşenkov əlavə edib.

Açar sözlər:

Oxunub: 1011