Taksi sürücüsünü döyərək maşınını oğurlayan dəstə tutulub
09:25 29 Yanvar 2020
Paytaxtda quldurluq yolu ilə avtomobil ələ keçirməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıb.
Femida.az -ın məlumatına görə, yanvarın 27-də saat 04:00 radələrində Yasamal rayonu, A.M.Şərifzadə küçəsində 2 nəfər naməlum şəxsin Bakı şəhər sakini, 1969-cü il təvəllüdlü X.Səfərovun baş nahiyəsindən vurmaqla, taksi kimi idarə etdiyi “Şevrolet” markalı avtomobilin ələ keçirməsi ilə bağlı 102- Zəng Mərkəzinə müraciət daxil olub.
Daxil olan müraciət əsasında Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Yasamal Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, Post Patrul Xidməti və 29 Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində ictimai təhlükəli əməli törətməkdə şübhəli bilinənlər – Siyəzən rayon sakinləri, əvvəllər Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə məhkum olunan 2000-ci il təvəllüdlü Tehran Güləliyev, 2002-ci il təvəllüdlü Elşad Paşayev və 1996-cı il təvəllüdlü İlham Sultanov yanvarın 28-də gecə saatlarında avtomobillə birlikdə saxlanılıblar.
Şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxunub: 681
Oxşar xəbərlər
- Taksi 3 piyadanı vurdu, 1 əcnəbi öldü
- Taksi sürücüsünə qarşı quldurluq edən müştərinin məhkəməsi başlayır
- Taksi sürücülərinə bəd xəbər - Oktyabrın 1-dən... - VİDEO
- Taksi fəaliyyəti ilə məşğul olan COVİD-19 xəstəsi saxlanılıb - FOTO
- Taksi sürücülərinin fərqlənmə nisanlarını almasında yenilik
- Taksi fəaliyyəti ilə məşğul olanların nəzərinə!
- Taksi və avtobuslarda maska taxmayan 140 nəfər cərimələndi
- Taksidə maskasız oturmaq qadağan edildi
- Taksi postda polis və hərbçini vurub - Cinayət işi açıldı
- Taksilərlə bağlı qadağa bu gündən başlayır