Azərbaycanın keçmiş xarici işlər naziri vəfat edib


10:48     29 Yanvar 2020 20_01_29_1580280535.jpg


Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Qasımov vəfat edib.


Femida.az-ın xəbərinə görə, o, İsveçrədə 82 yaşında dünyasını dəyişib.

Sabiq nazir uzun illərdir bu ölkədə yaşayırdı.

Qeyd edək ki, T.Qasımov 1938-ci ildə Ağstafa rayonunda anadan olub. O, 1992-1993-cü illərdə Azərbaycanın xarici işlər naziri vəzifəsində çalışıb. T.Qasımov uzun illərdir ailəsi ilə birlikdə İsveçrənin Lütsern şəhərində yaşayırdı. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 688