Serj Sarkisyanın cinayət işi məhkəməyə göndərilib


12:22     29 Yanvar 2020 20_01_29_1580286207.jpg

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın cinayət işi məhkəməyə göndərilib.



Femida.az -ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Baş prokurorluğunun mətbuat katibi Arevik Xaçatryan bildirib.



O deyib ki, cinayət işi baxılması üçün İrəvan məhkəməsinə göndərilib.

Qeyd edək ki, cinayət işi üzrə daha 4 nəfər ittiham olunur. Onlardan biri "Fleş" neft şirkətinin rəhbəri, iş adamı Barseq Beqlaryandır.

Xatırladaq ki, Ermənistanın 3-cü prezidenti olan S. Sarkisyan 2008-ci ildən 2018-ci ilə kimi ölkəyə rəhbərlik edib. S. Sarkisyana qarşı Cinayət Məcəlləsinin 38-179-cu maddələrinə (mənimsəmə və israfçılıq) əsasən ittiham irəli sürülüb. S. Sarkisyan 2013-cü il yanvarın 25-dən fevralın 7-dək bir qrup məmurdan 489 milyon dram (1 milyon dollardan çox) pulu mənimsəmə, oğurlama və israf etməkdə ittiham olunur. Onun ölkədən çıxışına qadağa qoyulub.

Açar sözlər:

Oxunub: 689