Gəncədə silsilə oğurluqlar edən şəxs tutulub


12:36     29 Yanvar 2020 hebs89.jpg

Gəncədə evlərdən və maşınlardan oğurluq edən şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 4 həyətyanı sahədən və 6 avtomobildən pul, su mühərriki, maqnitofon, yaddaş kartı və akkumulyator oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş T.Atakişiyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 612