Qax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar


12:39     29 Yanvar 2020 2020/01/qax_konullu_290120_(1)_1580287140.jpg

Ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsünə Qax gəncləri də qoşulublar.


Femida.az-ın məlumatına əsasən, qayğıya xüsusi ehtiyacı olan rayon sakininin evinə baş çəkərək, təmizlik işləri aparan, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradan gənclər ev sahibi ilə xoş və maraqlı vaxt keçiriblər.

Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 767