Seçki bülletenlərinin hazırlanması müddəti sabah başa çatır


13:54     29 Yanvar 2020 publika.az1442908166secki-vote-election.jpeg


Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsi müddəti sabah başa çatır.


Femida.az xəbər verir ki, Azərbaycan Respublikasında parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bu barədə qərar Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə ən azı 10 gün qalanadək, yəni, 2020-ci il yanvarın 30-dək qəbul edilməlidir.

Yanvarın 30-da, həmçinin seçki bülletenlərinin hazırlanması müddəti də başa çatır.

Femida.az

Açar sözlər:

Oxunub: 482