Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ABŞ səfiri ilə görüşüb
14:33 29 Yanvar 2020
ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin təşəbbüsü ilə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüş keçirilib.
Bu barədə Femida.az-a icmadan məlumat verilib.
Görüş zamanı Tural Gəncəliyev Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması haqqında ABŞ səfirinə ətraflı məlumat verib.
Tural Gəncəliyev Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinin tərəfdarı olduqlarını, bundan ötrü Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən çıxarılması, bütün azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına geri qayıtması, pozulmuş təbii hüquq və azadlıqlarmızın, mülkiyyət hüquqlarımızın bərpa olunması istiqamətində icma üzvlərinin əsas istək və tələblərini səfirin diqqətinə çatdırıb.
Tural Gəncəliyev həmçinin ölkəmizdə keçiriləcək növbədənkənar Parlament seçkiləri ilə əlaqədar 122 saylı Xankəndi seçki dairəsindən namizədliyini irəli sürdüyünü, həmin dairədən olan digər namizədlərlə birlikdə Azərbaycanın seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq bərabər və ədalətli seçki kampaniyası apardıqlarını diqqətə çatdırıb.
Səfir Li Litzenberger Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyətini yaxından izlədiyini və görüşdən məmnun qaldığını xüsusilə qeyd edib.
Femida.az
Oxunub: 621
Oxşar xəbərlər
- Dağlıq ərazilərdə yağıntılı hava şəraiti martın 24-dək davam edəcək, qar yağacaq
- Dağlıq ərazidə narkotik tərkibli bitkilər yetişdirən həmkəndlilər saxlanılıb
- Dağlıq Qarabağın Azərbaycanlı İcması yaxın gələcəkdə Şuşaya köçürüləcək
- Dağlıq Qarabağla bağlı əldə olunan razılaşmalara əməl olunur - Putin
- Dağlıq Qarabağ və ətraf regionların enerji potensialı
- Dağlıq Qarabağın Azərbaycanlı İcması işğal altındakı ərazilərdə yaşayan ermənilərə müraciət edib
- Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yaydı
- Dağlıq ərazidə yanğın başlayıb
- Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından BƏYANAT
- Dağlıq Qarabağdakı saxta "seçkilər"lə bağlı BMT-nin Baş katibinə məktub ünvanlandı