Bakıda azyaşlı qızın ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır


15:13     29 Yanvar 2020 1398947325_mehkeme.jpg

Bakıda yol qəzasında azyaşlı qızın ölümünə səbəb olmaqda təqsirləndirilən Camal Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.



Femida.az -ın xəbərinə görə, iş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı fevralın 6-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən il dekabrın 22-də paytaxtın Nizami rayonu, Elşən Süleymanov küçəsində qeydə alınıb.

Belə ki, C.Vəliyevin idarə etdiyi “KamAZ” markalı yük avtomobili yol keçmək istəyən 1979-cu il təvəllüdlü Həşimova Yeganə Füzuli qızını və onun övladları - 3 yaşlı Həşimova Nazlı Ramin qızı və 4 aylıq Həşimova Alina Ramin qızını vurub.

Hər üç yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılıb. Lakin 3 yaşlı N.Həşimova yolda dünyasını dəyişib.

Açar sözlər:

Oxunub: 518