20 məsul şəxs barəsində intizam tənbehi tətbiq edib, bir nəfər işdən azad olunub
16:41 29 Yanvar 2020
2019-cu ildə Təhsil Nazirliyinin xüsusi hallarla bağlı 146-2 “Qaynar xətt” xidmətinə 154 müraciət daxil olub.
Təhsil Nazirliyindən Femida.az-a verilən xəbərə görə, Bakı şəhəri də daxil olmaqla, 5 şəhər və 31 rayon ümumi təhsil müəssisəsindən daxil olan müraciətlər şagirdlər arasında qısnama (bulinq) halları və ya şagird-müəllim arasında yaranmış münaqişə vəziyyətləri ilə bağlıdır.
Təhsil Nazirliyinin tapşırığına əsasən, müraciətlər şagirdlərin, onların valideynlərinin və müəllimlərinin iştirakı ilə yerində dərhal araşdırılıb. Araşdırma nəticəsində təsdiqini tapmış hallar məktəblərin Pedaqoji şuralarının müzakirəsinə çıxarılıb, fəaliyyətində nöqsanlara yol vermiş 20 məsul şəxs barəsində intizam tənbehi tətbiq edilib, 1 nəfər işdən azad edilib. 4 müraciətlə bağlı aidiyyəti orqanlarda araşdırma davam etdirilir.
Xatırladaq ki, ötən il Təhsil Nazirliyi tərəfindən şagirdlərə dəstək məqsədilə 146-2 “Qaynar xətt” xidməti istifadəyə verilib və “Mənimlə danış” sosial kampaniyasına başlanılıb. Bu kampaniya çərçivəsində tanınmış simalar qısnamaya məruz qalmış məktəblinin hekayəsini təqdim edirlər.
Oxunub: 519
Oxşar xəbərlər
- 200 000 qatlanma. “Samsung”un yeni qatlana bilən smartfonları nə qədər davamlıdır?
- 20 ölkə 443 rusiyalı diplomatı ərazisindən çıxarıb
- 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərinə birdəfəlik maddi yardım ödənilib
- 2022-ci il üçün ehtiyac meyarının həddi I oxunuşda təsdiqlənib
- 2023-cü ildə yaşayış minimumu ilə ehtiyac meyarının həddi bərabərləşdirilə bilər
- 20 ilə yaxın həbsdə olan qadından heroin götürüldü
- 2022-ci ildə Şuşada DOST Mərkəzi yaradılacaq
- 2021-2022-ci dərs ili üçün tədris planları təsdiq olunub
- 20 azərbaycanlı Suriyadan vətənə gətirildi - RƏSMİ
- 20 günün qəza statistikası: 43 ölü, 16 yaralı