Avtomobil təmiri sexi yanıb, maşın külə dönüb - VİDEO


18:32     29 Yanvar 2020 20_01_29_1580302036.jpg

Balakən rayonunda avtomobil təmiri sexi yanıb.


"Report" məlumatına görə, hadisə gecə saatlarında Katex kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini Fərrux Piriyevə məxsus ümumi sahəsi 80 kvadratmetr olan avtomobil təmiri sexində baş verən yanğının söndürülməsi üçün əraziyə Zaqatala və Balakən rayonlarının dövlət yanğından mühafizə hissələrinin üç yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub.

Yanğın nəticəsində sexin yanar konstruksiyaları və təmirə gətirilən "Mercedes" markalı avtomobil yanıb. Yanğının ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb və xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.



Açar sözlər:

Oxunub: 938