Sumqayıtda top mərmisi tapılıb


16:52     29 Yanvar 2020 2020/01/6756763f-03b2-4abf-8196-72129d355387_1580302432.jpg


Sumqayıtda top mərmisi tapılıb.


Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Femida.az-a verilən məlumata görə, yanvarın 29-da, saat 14:58-də Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DİN-in Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Sumqayıt ŞPİ əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunan ərazidə Bakı-Sumqayıt avtomobil yolunun kənarına baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd boş vəziyyətdə 100 mm-lik top mərmisi (OF-412) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 600 kv.m əraziyə yerüstü, 30 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 650