Səməd Seyidov AŞPA-ya üzv dövlətləri təzyiq və təhqirlərə yol verməməyə çağırıb
20:56 29 Yanvar 2020
"Biz bütün üzv ölkələrə müvafiq prosedurlar yaratmağa qadir olmalıyıq".
Femida.az xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurası Nazirlər Komitəsi ilə Parlament Assambleyası arasında birgə əlavə prosedurlara həsr olunmuş müzakirələr zamanı bildirib.
Onun sözlərinə görə, hər bir ölkənin məsələyə yanaşma forması var: "Biz bilirik ki, Avropa Şurasının tərkibində böhran yaşanır. Bu hesabatda yer almış yanaşma ya bizi bir-birimizə çox yaxınlaşdıracaq, ya da tamamilə ayıracaq. Çünki bu təşkilatın fəaliyyəti ilə bağlı şübhələr, tərəddüdlər çoxdur. Milli maraqlar ümumi maraqlarımızı üstələyir".
S.Seyidov dövlətləri təzyiq və təhqirlərə yol verməməyə, təşkilatın gələcəyini düşünməyə, bütün üzv dövlətlərin maraqlarına uyğun qaydalar yaratmağa dəvət edib: "Biz hamımız təşkilatın tamhüquqlu üzvüyük. Biz bilməliyik ki, fəaliyyətimiz gələcəyimizi təmin etməlidir. Bu təşkilatın tərkibində təzyiqlərə, təhqirlərə yol verilir. Biz birlikdə hamıya uyğun olan prosedurların yaradlmasına çalışmalıyıq".
Femida.az
Oxunub: 811
Oxşar xəbərlər
- Səməd Seyidov AŞPA-ya etiraz etdi
- Səməd Seyidov AŞPA-ya görə Parisə gedir
- Səməd Seyidov AŞPA-ya görə Parisə gedir
- Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçildi
- Səməd Seyidov AŞ PA-nın vitse-prezidenti seçildi
- Səməd Seyidov AŞ PA-nın qış sessiyasından danışdı
- Səmədov Rusiya millisindən ayrıldı
- Səməd Seyidovun əvəzinə yeni həmməruzəçi təyin olunub
- Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçildi
- Səməd Seyidov AŞPA-nın sessiyasında iştirak edəcək