Pekindən Azərbaycana gələn sərnişinlər hava limanında koronavirusla bağlı yoxlanılıb
09:09 30 Yanvar 2020
Pekin-Bakı aviareysi ilə Azərbaycana gələn sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportunda ciddi yoxlanışdan keçiriliblər.
Femida.az xəbər verir ki, təyyarədən enən 85 sərnişin koronavirusla bağlı hava limanında olan həkimlər və epidemiologiya xidmət tərəfindən müayinə edilərək yoxlanılıb. Sərnişinlərin əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.
Dövlət Sərhəd Xidmətinin əməkdaşları tibbi maska ilə sərnişinlərin sənədlərini yoxlayıblar.
Eyni zamanda DSX əməkdaşları tərəfindən digər ölkələrdən təyyarə ilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərin onlarla təmasda olmaması üçün dövlət sərhədindən buraxılış məntəqələrinə keçmələrinə icazə verilməyib.
Qeyd olunub ki, Çindən gələn sərnişinlərin hamısı təhlükəsizlik səbəbindən tibbi müayinədən keçdikdən sonra digər sərnişinlərin dövlət sərhədindən buraxılış məntəqələrinə keçidinə icazə veriləcək.
Nəticədə İstanbul-Bakı aviareysi ilə Azərbaycana gələn sərnişinlər foyedə gözləməli olublar.
Femida.az
Oxunub: 613
Oxşar xəbərlər
- KİV: ABŞ-Çin danışıqları Pekinin Ukrayna ilə bağlı mövqeyinə təsir etməyəcək
- Rusiya və Belarus paralimpiyaçıları Pekin-2022-dən kənarlaşdırılıb
- ABŞ rəsmi olaraq Pekin Olimpiadasını diplomatik boykot elan edib
- Britaniya Pekin olimpiadasını boykot etməyi düşünür
- Pekində Azərbaycan və Çin müdafiə nazirlərinin görüşü keçirilib
- Leyla Əliyevanın Pekin səfəri davam edir
- İlham Əliyevlə Putin Pekində görüşdü
- Pekində 2-ci “Bir kəmər, bir yol” Forumu işə başlayıb - Azərbaycan Prezidenti Forumda iştirak edir<
- Bakıdan Pekinə yeni uçuşlar başladı
- Pekində ABŞ səfirliyi yaxınlığında partlayış - VİDEO