Qarabağ danışıqlarının növbəti raundu keçiriləcək


10:20     30 Yanvar 2020 20_01_30_1580365262.jpg


Bu gün Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyan arasında danışıqların növbəti raundu keçiriləcək.


Femida.az xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində baş tutacaq Qarabağ danışıqlarında ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şefer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcəklər.

Qeyd edək ki, ötən gün Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə Cenevrədə keçirilən görüşü yeddi saat davam edib. Ümumilikdə tərəflər, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların intensivləşdirilməsi və danışıqlar gündəliyindəki bütün məsələlər üzrə konkret nəticələrin əldə olunması mövqeyindən çıxış ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 585