Bakıda iki dostu oğurlayaraq pullarını alan şəxs saxlanılıb


10:27     30 Yanvar 2020 hebs7.jpg

Ötən gün saat 02:30 radələrində Binəqədi rayonu Cəfər Xəndan küçəsində naməlum şəxs Bakı sakinləri, 1995-ci il təvəllüdlü Ə.Həsənov və dostu H. Bağırovu sözlə hədələyərək maşınına mindirib, sonradan istintaqla müəyyən olunacaq ünvana aparıb.



Femida.az -ın məlumatına görə, H. Bağırov oradan qaçmağı bacarıb. Naməlum şəxs isə Ə. Həsənova yumruqla xəsarətlər yetirərək 646 manatını quldurluq yolu ilə ondan alıb.

Daxili İşlər Nazirliyinin (DİN) 102 xidmətinə daxil olan məlumat əsasında Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində Bakı sakini, 1989-cü il təvəllüdlü Maqsud İsmayıllı saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanıb, araşdırma davam edir.

Açar sözlər:

Oxunub: 586