Putin Polad Bülbüloğlunu təltif etdi


22:09     21 May 2015 5e656413c5fd62e25ba90e1ebf94cc396.jpg

Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu Rusiyanın “Şərəf” ordeni ilə təltif olunub.


APA-nın məlumatına görə, Rusiya prezidenti Vladimir Putin bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, bu gün Kremldə təltif edilən şəxslərə Rusiya dövlət mükafatları təqdim edilib. Ümumilikdə ali dövlət mükafatlarına 40 nəfər layiq görülüb. Onların arasında elm və mədəniyyət xadimləri, siyasətçilər, diplomatlar, dini təşkilatların nümayəndələri, idmançılar, kosmonavtlar və iş adamları var.

Açar sözlər:

Oxunub: 535