Məcburi köçkün ailəsinin 22 baş iribuynuzlu heyvanı yanıb


10:33     30 Yanvar 2020 publika.az1394679445nalbur-yangin.jpg

Ağcabədidə məskunlaşan laçınlı ailənin fermer təsərrüfatında yanğın olub.


Femida.az-ın xəbərinə görə, Laçın rayonundan olan olan məcburi köçkünlərin kompakt şəkildə məskunlaşdığı Qarakeçdi obasında Talıbxan, Daşqın və Təbriz Axundov qardaşlarının təsərrüfatında baş vermiş yanğın nəticəsində 22 baş iribuynuzlu heyvan, 2 baş at yanaraq tələf olub. Bundan başqa, 1500 ədəd ot bağlaması yanıb.

Hadisə yerinə FHN-nin Ağcabədi və Laçın rayon, yanğınsöndürən bölmələri cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Alovun yaxınlıqda olan digər tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 683