Ədliyyə nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edəcək


10:57     30 Yanvar 2020 20_01_30_1580367529.jpg


Fevralın 3-də ədliyyə nazirinin müavini Azər Cəfərov tərəfindən Mingəçevir şəhərində vətəndaşların qəbulu keçiriləcək.

Femida.az xəbər verir ki, Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 172) keçiriləcək qəbulda Mingəçevir şəhəri, həmçinin Bərdə, Yevlax, Şəki və Goranboy rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Bərdə regional ədliyyə idarəsi (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti 77; əlaqə telefonları: (02020) 5-43-07, (051) 958-50-69), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün həmin gün keçiriləcək qəbula Nazirliyin elektron xidmətlər portalı (www.exidmet.justice.gov.az) vasitəsilə elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb.

Femida.az

Açar sözlər: #ədliyyə  

Oxunub: 1153