Kamran Əliyevin yerinə təyinat olub - ƏMR


12:00     30 Yanvar 2020 kamran.jpg

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidməti (YPX) şöbəsinə rəis təyinatı olub.


Femida.az-ın xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, BDYPİ-nin YPX Şöbəsinin Baş Dövlət Avtomobil müfəttişi vəzifəsində çalışan polkovnik-leytenant Sadin Əsgərov idarənin YPX şöbəsinə rəis təyin olunub.

Qeyd edək ki, BDYPİ-nin YPX şöbəsinə daha əvvəl K.Əliyev rəhbərlik edirdi.

Xatırladaq ki, ilk xəbəri unikal.org saytı yazıb.

Femida.az

Açar sözlər:

Oxunub: 586