Gürcüstanın DİN başçısı Azərbaycanla sərhəddə uğurlu əməliyyat keçirən sərhədçiləri mükafatlandırıb


13:39     30 Yanvar 2020 2020/01/9199cf9f-dce9-4143-a012-e09aab9b8902_1580377390.jpg

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri yanvarın 14-də Azərbaycanla sərhəddə uğurlu əməliyyat həyata keçirən Sərhəd Polisinin 12 əməkdaşını mükafatlandırıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Sərhədçilərin 4-ü “Şücaətə görə” medalı, 8-i isə “Xüsusi xidmətlər” medalı ilə təltif olunublar.

DİN başçısı Sərhəd Polisi əməkdaşlarını müstəsna peşəkar məsuliyyət, cəsarətli hərəkətlər və nümunəvi xidmətə görə minnətdarlığını bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 620