Əmisinin cibindən evin açarını götürüb oğurluq etdi - VİDEO


14:15     30 Yanvar 2020 20_01_30_1580379442.jpg

Qubada qohumunun onlara gəlməsindən istifadə edib evindən oğurluq edənlər saxlanılıb





DİN mətbuat xidmətinin Quba regional qrupundan Femida.az -a verilən məlumata görə, rayon sakini Xantəmir Səfixanov ona məxsus fərdi yaşayış evindən oğurluq edilməsi barədə məlumat verib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri - zərərçəkənin qohumu Ramin Teymurxanov, eləcə də dostları Məhəmməd Məmmədov və Turqay Orucov saxlanılıb.


Saxlanılan zaman oğurlanan müxtəlif növ içkilər, planşet, mobil telefon və aksesuarları, eləcə də dülgər alətləri və digər əşyalar maddi sübut kimi götürülüb: “Həmin gün atamın əmisi bizə qonaq gəlmişdi, evlərində heç kim yox idi. Cibindən açarı götürmüşəm. Həmin gün dostum Turqay da bizdə idi. Açarı götürüb Turqayla getmişəm evə. Turqaya demişəm ki, bayırda gözlə evə girib çıxıram. Evə girib gördüklərimi oğurlamışam.

Çıxanda Turqaya dedim ki, bunların hamısı oğurluqdur. Ordan çıxıb getdik çayçıya. Ondan sonra şübhələndim ki, polis bizi axtarır. Məhəmmədə zəng vurub çağırdıq, üstümüzdəkiləri ona verdim qaçdıq. Ondan sonra da polis bizi tutdu”.



Məhəmməd Məmmədov isə oğurluqda iştirak etmədiyini söyləyib: “Dostum zəng elədi ki, gəl çayçıda görüşək. Mən də getdim. Gedəndə gördüm əllərində iki ədəd paket var. Onların arasında mənə çıxarıb bir planşet və iki ədəd telefon verdilər. Sonra da qaçıb getdilər. Mən sonradan bildim ki, bunlar oğurluqdur. Oğurluq olduğunu bilən kimi atdım. Bir saat sonra gəlib məni apardılar. Atdığım yeri də dedim gedib götürdülər”.


Faktla bağlı cinayət işi başlanılıb.


Açar sözlər:

Oxunub: 698