İranda polis zabiti öldürüldü


14:45     27 Noyabr 2015 1448605565.jpg

İranın Babulsər şəhərində atışma olub, polis zabiti Məhəmməd Əbdi aldığı güllə yarasından həlak olub.


Ötən gecə polis Babulsər şəhərinin Bəhənmir meydanında şübhəli avtomobili saxlayıb yoxlama aparmaq istəyərkən, avtomobilin içərisində olan şəxslər tərəfindən polisə atəş açılıb. Atəş açanlar hadisə yerindən qaçıblar. Polis zabiti aldığı güllə yarasından həlak olub.

Polis axtarış əməliyyatı həyata keçirib və polis zabitini öldürən şəxs və onun yanındakı 4 nəfər saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb./trend/

Açar sözlər:

Oxunub: 1568