11 aylıq körpəni sobada yandıran nənə və babaya hökm oxundu


18:12     30 Yanvar 2020 20_01_30_1580385899.jpg

Rusiyanın Xakasiya bölgəsinin Ali Məhkəməsi 11 aylıq nəvəsini sobada yandıran 47 yaşlı baba və 42 yaşlı nənəyə hökm oxuyub.


Bu barədə “RİA Novosti” hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.



Məhkəmə araşdırması nəticəsində bəlli olub ki, 1 il əvvəl baba içkili vəziyyətdə nəvəsini sobaya atıb. Alkoqolun təsirində olan nənə isə uşağı boğmağa çalışıbmış. Bəlli olub ki, nənə və babanın uşağı öldürməsinə səbəb körpənin “çox ağlaması” olub.

Məhkəmə qərarı ilə nənə 9, baba isə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Açar sözlər:

Oxunub: 790