Həmsədrlər Paşinyanın son açıqlamalarına görə Ermənistan XİN başçısı ilə sərt danışıblar
16:27 30 Yanvar 2020
Ermənistanın Baş Naziri Nikol Paşinyanın Qafanda mətbuat konfransı zamanı Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesi ilə bağlı səsləndirdiyi fikirlər ATƏT-in Minsk qrupu həmsədrlərinin kifayət qədər ciddi narahatlığına səbəb olub.
Femida.az -ın xəbərinə görə, bu barədə “168 jam” qəzeti şəxsi mənbələrinə istinadən məlumat yayıb.
Həmsədrlər birmənalı olaraq Minsk qrupunun strategiyası ilə ziddiyyət təşkil edən fikirləri Paşinyanın növbəti öz fəaliyyət cəhdi kimi qəbul ediblər.
“Yanvarın 29-da Cenevrədə Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişiklə görüşüb. Həmsədrlər Paşinyanın Qarabağla bağlı dediklərinə görə Mnatsakanyanla kifayət qədər sərt danışıblar”, - deyə qeyd olunub.
Xatırladaq ki, N. Paşinyan Qafanda keçirdiyi mətbuat konfransında bildirib ki, sabiq prezident Serj Sarkisyanın vaxtında aparılan danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə sənəddə Füzuli, Ağdam, Zəngilan, Qubadlı, Cəbrayıl, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılmasını nəzərdə tutulub. Paşinyan danışıqlar prosesi ilə bağlı digər detalları da açıqlayıb.
Oxunub: 539
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Hesablama Palatası AzTV-də yoxlamalara başlayıb
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Mingəçevir evdə qadın meyiti tapılıb