Parlament seçkilərində "exit poll" keçirəcək təşkilatlar məlum olub - SİYAHI


19:10     30 Yanvar 2020 20_01_30_1580389896.jpg


Milli Məclisə seçkilərdə 5 qurum, 3 təşkilat “exit poll” keçirəcək.


Femida.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Qeyd olunub ki, parlament seçkilərində Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının "AJF&Associates İnc.” təşkilatı (ABŞ) ilə birgə, Rəy Monitoqrinq Mərkəzi, “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondunun Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə “exit poll” keçirəcək qurum kimi qeydə alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1061