Seçkiləri müşahidə edəcək şəxslərin sayı açıqlandı


19:32     30 Yanvar 2020 deputatsecki.jpg

Milli Məclisə seçkilərlə əlaqədar 694 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.


Femida.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinə seçkilər fevralın 9-da keçiriləcək.

Yeri gəlmişkən, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar indiyə qədər 61 min 813 yerli müşahidəçi qeydiyyatdan keçib.

Açar sözlər: #siyasət   #seçki   #milliməclis   #müşahidəçi  

Oxunub: 802