Ötən il gömrükdə 13443 hüquqpozma faktı aşkarlanıb


17:34     30 Yanvar 2020 gomruk%20siniq.jpg


Gömrük orqanlarının ən vacib fəaliyyət sahələrindən biri qaçaqmalçılığa qarşı mübarizə, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasıdır ki, ötən il 13443 hüquqpozma faktı aşkarlanıb və bunlardan 866-sı cinayət xarakterli faktlar olub.


Femida.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Kollegiya iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, aşkarlanan cinayət xarakterli faktların əksəriyyəti narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olub: "Ötən il 2 tondan çox narkotik vasitə aşkar edilərək dövriyyədən çıxarılıb, qaçaqmalçılıq yolu ilə gətirilərkən aşkarlanan malların ümumi dəyəri isə 300 milyon dollardan artıq olub".

Femida.az

Açar sözlər: #gömrük  

Oxunub: 816