Göygöldə piyada əleyhinə mina aşkarlanıb


20:24     30 Yanvar 2020 2020/01/C3F175C3-18BC-4F79-8B33-18C2B718B168_1580398000.jpeg

Yanvarın 30-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Göygöl rayonu, Dozular kəndi ərazisində 1 ədəd minanın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Femida.az -a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Göygöl rayon Polis Şöbəsinin və Mərkəz Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Göygöl rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd piyada əleyhinə OZM-72 minası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 861