Koronavirusu yayan xəstələr həbs olunacaq


20:32     30 Yanvar 2020 2018/01/virus_1517299888.jpg

Çinin Hubey əyalətinin hakimiyyət orqanları qəsdən müalicədən imtina edən və yoluxduğu koronavirusu digər insanlar arasında yaymağa çalışan şəxsləri cinayət məsuliyyətinə cəlb edəcək.

Femida.az "RİA Novosti"yə istinadən xəbər verir ki, tibb xidmətinin əməkdaşlarına xəsarət yetirmə, dövlət və özəl mülkiyyətə qəsdən zərərvurma, həkimləri təhqir etmə, eləcə də hədələmə halları üzrə ciddi cəzalar tətbiq ediləcək. Təlimata tabe olmayanları cərimə və iki ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, Çində yeni növ koronavirusa yoluxanların sayı 7742 nəfərə, bu virusdan ölənlərin sayı isə 170-ə çatıb. Çindən kənarda koronavirusa 77 yoluxma halı müəyyən edilib.

İndiyədək Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniya, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri və Finlandiyada koronavirus qeydə alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 703