AQTA-dan ölkəyə quşçuluq məhsulları gətirən sahibkarlara MÜRACİƏT
09:16 31 Yanvar 2020
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə quşçuluq məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edib.
AQTA-dan Femida.az-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE) tərəfindən bir sıra Avropa ölkələri ərazisində quşlar arasında xəstəlik törədicisi aşkar olunub. Bununla əlaqədar AQTA tərəfindən epizootik risk amillərinin mövcudluğu nəzərə alınaraq, ölkəyə idxal edilən quş əti və digər quş məhsulları üzərində nəzarət tədbirləri gücləndirilib.
Yaranmış epizootik durumu ciddi siqnal kimi qəbul etməklə, respublikada fəaliyyət göstərən ailə və quşçuluq təsərrüfatlarında yarana biləcək təhlükənin qarşısını almaq məqsədilə Ukraynadan ölkəmizə diri quş və quş məhsullarının idxalına epizootik vəziyyət sabitləşənədək müvəqqəti məhdudiyyət qoyulub.
Eləcə də, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Ukrayna ərazisindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı gömrük-sərhəd keçid məntəqələrində qanunvericiliyə uyğun olaraq, müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
AQTA bir daha quşçuluq məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarları diqqətli olmağa və başqa ölkələrdən respublikamıza keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq üçün müəyyən olunmuş tələblərə ciddi şəkildə əməl etməyə çağırır.
Femida.az
Oxunub: 667
Oxşar xəbərlər
- Azərbaycana diri toyuqların gətirilməsinə qadağa qoyulub
- Hökumət toyuq ətinin qiymətinin artmaması üçün qərar qəbul edib
- Bir neçə ölkədən Azərbaycana toyuq əti və yumurta gətirilməsinə məhdudiyyət qoyulub
- Rusiyadan idxal edilən toyuq ətində salmonella aşkarlanıb
- Bəzi mal-qara və ev toyuqlarının idxalından gömrük rüsumu tutulmayacaq - QƏRAR
- Gəncədə qanunsuz toyuq sexi aşkarlandı - FOTO
- Toyuq üstündə qardaşını qətlə yetirən şəxsə hökm oxunub
- Bu toyuq sexinin fəaliyyəti məhdudlaşdırıldı - Foto
- Xudatda qanunsuz fəaliyyət göstərən toyuq sexi aşkarlandı
- Toyuq hinində narkotik yetişdirənlər saxlanıldı