Azərbaycana qanunsuz miqrasiya edən 100 əcnəbi saxlanılıb


10:32     31 Yanvar 2020 20_01_31_1580452419.jpg


Son həftə ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 100 əcnəbi saxlanılıb.

Femida.az xəbər verir ki, saxlanılanlardan 10-nun qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi, 1-nin qeydiyyat ünvanı üzrə ya­şa­madığı, digər 89 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyənləşdirilib.

Miqrasiya qanunvericiliyini pozan 81 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

Femida.az

Açar sözlər: #miqrasiya  

Oxunub: 480