Vəkilliyə namizəd olan 233 nəfər imtahan verir - CANLI YAYIM


10:34     31 Yanvar 2020 20_01_31_1580452685.jpg


Vəkilliyə namizədlər üçün test imtahanı keçirilir.

Femida.az xəbər verir ki, Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunmuş razılığa əsasən, hazırda Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsi keçirilir. DİM-in kompüter mərkəzində elektronlaşdırılmış qaydada baş tutan imtahanda 233 nəfər vəkilliyə namizəd iştirak edir.

İmtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid hər biri 1 balla qiymətləndirilməklə 100 test sualı təqdim olunacaq ki, bu suallardan 60 mümkün balı toplaya bilmiş namizədlər imtahanın növbəti – şifahi mərhələsinə keçə biləcəklər. Nəticələr imtahandan dərha sonra kompüter mərkəzində elan olunacaq və bu barədə Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində (www.barassociation.az) məlumat veriləcək.

İmtahanın şəffaflığının təmin edilməsi məqsədi ilə bir çox yerli və beynəlxalq, habelə dövlət və qeyri-hökümət təşkilatlarından müşahidəçilər dəvət olunmuş, KİV nümayəndələrinin iştirakı təmin edilib.

İmtahanın təşkili və namizədlərin tərkibinə dair statistik məlumatlara gəldikdə isə, ən yaşlı namizəd 71, ən gənc isə 24 yaşındadır. O cümlədən, regionlar üzrə namizədlərin təmsil olunma nisbəti Bakı şəhəri üzrə 68%, Respublikanın digər regionları üzrə isə 32%-dir. Say nisbəti baxımından imtahanda Azərbaycanın əksər regionları təmsil olunur, bu isə öz növbəsində gələcəkdə regionlarda vəkil çatışmazlığının nisbətən aradan qaldırılmasına imkan verəcək. Namizədlərin 10%-i xarici, 90%-i yerli ali təhsil müəssisələrində təhsil alıblar və bu siyahıda ilk yeri 51% ilə Bakı Dövlət Universiteti tutur. Yaş kateqoriyası baxımındam 40 yaşadək olan namizədlər ümumi namizədlərin 68%-ni təşkil edir. Qadın namizədlər 12%, kişi namizədlər isə 88%-dir.

İmtahanın gedişatını aşağıdakı pəncərədən canlı olaraq izləyə bilərsiniz.



Femida.az

Açar sözlər: #vəkil   #kollegiya   #imtahan  

Oxunub: 1611