Vəkillər üçün ilk dəfə mediasiya təlimi keçirilib


10:41     31 Yanvar 2020 20_01_31_1580453002.jpg

Yanvarın 28-də Avropa İttifaqı və Azərbaycan Respublikasının “Mübahisələrin alternativ həlli mexanizmlərinin tətbiqində və əhaliyə hüquqi yardım xidmətlərinin göstərilməsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin institusional potensialının artırılması” adlı layihəsi çərçivəsində Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzində 30-dan artıq vəkilin iştirakı ilə mediasiya üzrə təlim keçirilib.

Femida.az xəbər verir ki, ölkəmizdə "Mediasiya haqqında" Qanun 29.03.2019-cu ildə qəbul olunmuş və Qanuna əsasən məcburi məhkəmə mediasiyasına dair müddəalar isə 2020-ci ilin iyulun 1-dən qüvvəyə minəcək. Bu müddəalara əsasən iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunacaq.

Mediasiya prosesində, mediatorların hazırlanmasında vəkilliyin rolunu nəzərə alaraq ölkəmizin tarixində ilk dəfə olaraq bu sahədə tədris məhz vəkillər üçün keçirilməyə başlanılmışdır. Təlim beynəlxalq ekspert Adi Gavriladan və baş ekspert, Vəkillər Kollegiyasının üzvü Ruslan Mirzəyev tərəfindən keçirilib.

Femida.az

Açar sözlər: #mediasiya   #hüquq   #qanun   #vəkil  

Oxunub: 994