Evdən pul və qızıl oğurlanıb


10:43     31 Yanvar 2020 2018/02/qizil-fg_1519104114.jpg

Bakıda evdən 2700 manatlıq oğurluq edilib.

Femida.az-ın xəbərinə görə, hadisə paytaxtın Nəsimi rayonu, Rəsul Rza küçəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs 2019-cu ilin dekabr ayının 10-dan yanvarın 18-i aralıqlarında C.Abbaszadənin evinin pəncərəsindən otağa daxil olub. Həmin şəxs evdən 2200 manat pul və 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.

C.Abbaszadə həmin müddət ərzində mənzildə olmayıb.

Daha sonra o, hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Rza Hüseynzadə tutulub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 660