Göygöl sakinindən silah-sursat götürülüb


12:28     31 Yanvar 2020 2020/01/e220d8c5-178a-452b-a400-2b1bed6e8cb5_1580459509.jpg

Göygöl rayon sakinindən silah-sursat götürülüb.

Bu barədə Femida.az-ın Qərb Mərkəzinə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Topalhəsənli kənd sakini, Mərdan Həsənovun kənddə yaşadığı evə baxış keçirilən zaman oradan 1 ədəd “Karabin” markalı yivli odlu silah və həmin silaha aid 29 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Femida.az

Açar sözlər:

Oxunub: 553