16 yaşlı gəlini öldürən şəxs barəsində həbs qətimkan tədbiri seçilib
12:37 31 Yanvar 2020
Masallı Rayon Məhkəməsində toyundan sonra 16 yaşlı gəlini öldürməkdə şübhəli bilinərək saxlanılan İman Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
Masallı rayon Prokurorluğundan Femida.az-a verilən məlumata görə, istintaq orqanının verdiyi təqdimat təmin edilib.
Belə ki, məhkəmə İ.Məmmədovun barəsində həbs qətimkan tədbiri seçib.
Qeyd edək ki, rəsmi məlumata əsasən, yanvarın 29-da Masallı rayonu, 2001-ci il təvəllüdlü Xoşçobanlı kənd sakini İ.Məmmədov 2 həftə əvvəl evləndiyi, 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanı yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlləri ilə boğaraq öldürüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İ.Məmmədov cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.
Femida.az
Oxunub: 559
Oxşar xəbərlər
- 16 noyabrda döyüşlərdən qaçan erməni komandir tutuldu
- 162 nömrəli marşrutun yolu dəyişdirilir
- 16 obyekt karantin qaydalarını pozduğuna görə cərimələnib
- 16 yaşlı oğlan dayısını qətlə yetirdi
- 16 yaşlı oğlanı "tok vuraraq" öldürdü
- 16 yaşdan aşağı şəxslərdən metal qəbulu qadağan edildi
- 16 ictimai iaşə müəssisəsində pozuntular aşkarlandı
- 16 məktəb direktoruna töhmət verildi
- 162 yeni yoluxma qeydə alındı
- 161 obyektdə sanitariya-gigiyena tələbləri pozuldu