Piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub


13:43     31 Yanvar 2020 hebs.jpg

Qazaxda yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan sürücü saxlanılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, yanvarın 28-də saat 23 radələrində Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini F.Abdulkərimov vurulub və o, xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi və Baş Dövlət Yol Polisi əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2103” markalı avtomobilin sürücüsü, Qazax rayon sakini F.Şıxıyev saxlanılıb.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 628