Rus pilotunu İran əsgərləri xilas edib


15:57     27 Noyabr 2015 10asd115.jpg

Türkiyənin hava sərhədini pozan Rusiyanın "Su-24" hərbi təyyarəsinin sağ qalan pilotunu İran İnqilab Keşikçiləri Qvardiyasının xaricdəki qolu, "Qüds"ün komandanı Qasım Süleymaninin başçılıq etdiyi dəstə xilas edib.


Femida.az "Report"a istinadən xəbər verir ki, pilotun xilas edilməsi ilə bağlı birinci əməliyyat uğursuz olub.

İkinci əməliyyat isə Q.Süleymaninin başçılığı ilə keçirilib və uğurla başa çatıb. Pilot Rusiyanın Suriyadakı hərbi hava bazasına aparılıb.

Açar sözlər:

Oxunub: 1297