Səfər Mehdiyev vətəndaşlarla görüşüb


18:08     31 Yanvar 2020 2020/01/dgk_qebul_310120__(2)-(1)_1580477342.jpg

Dövlət Gömrük Komitəsinin rəhbərliyi yanvarın 31-də Şirvan, Hacıqabul, Sabirabad, Saatlı və Biləsuvar rayonlarının sakinlərini, eləcə də bu bölgələrdə məskunlaşan məcburi köçkünləri qəbul edib.

Femida.az-ın məlumatına əsasən, həmin gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki cv Şirvan şəhərində Şirvan, Hacıqabul və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edib.

Dövlət Gömrük Komitəsinin sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Şirvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Qəbulda vətəndaşların yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Müraciətlər əsasən idxal-ixrac əməliyyatları zamanı rəsmiləşdirmə və digər gömrük məsələləri ilə bağlı olub.

Həmin gün Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov Saatlı şəhərində, Komitə sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev isə Biləsuvar şəhərində Saatlı və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul ediblər.

Qəbullar zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 834