Çində koronavirusdan ölənlərin sayı artıb


09:29     01 Fevral 2020 2020/01/koronovirus2_1580468432.jpg

Çində yeni növ koronavirusa yoluxanların sayı 11 min 821 nəfərə çatıb.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə Komissiyası məlumat yayıb. Bildirilib ki, indiyədək virusdan 259 nəfər ölüb. Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 18 min nəfərdən çoxdur.

Qeyd edək ki, Çindən başqa Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniyada, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, İngiltərə, Rusiya, İtaliya, İspaniya və İsveçdə 124 nəfərin koronavirusa yoluxması təsdiqlənib.

Femida.az

Açar sözlər:

Oxunub: 755