Bakıda əcnəbi vətəndaş küçədə ölüb


09:59     01 Fevral 2020 2018/06/meyit_yeni_1530171453.jpg

Bakıda əcnəbi vətəndaş küçədə ölüb.

Femida.az-ın məlumatına görə, hadisə ötən gün paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsinə baş verib. Savalan yaşayış massivində yaşayan, əslən azərbaycanlı olan Türkmənistan Respublikası vətəndaşı Əliyev Maarif Kərim oğlu 31.01.2020-ci il tarixdə, saat 17.00 radələrində Savalan yaşayış massivində yerləşən "Oba" marketdə alış-veriş edərkən ürək tutmasından ölüb. Hadisə marketin müşahidə kameraları tərəfindən qeydiyyata alınıb.

Faktla bağlı hadisə yerinə, meyitə baxış keçirilib, meyit müayinə olunmaq üçün MTE və PA ETT birliyinin Sabunçu rayon şöbəsinə göndərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 618