DSX zabitini öldürməyə cəhd edən iranlı narkotacirə hökm oxunub


11:53     01 Fevral 2020 20_02_01_1580543631.jpg

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Dövlət Sərhəd Xidmətinin zabitini öldürməyə cəhdə, narkotiklərin qanunsuz dövriyyəsində, qaçaqmalçılıqda ittiham olunan İran İslam Respublikasının vətəndaşı Nəsiri Əbabeyglu Şəhzad Şükür oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.



Femida.az -ın məlumatına görə, hakim Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən N. Ə. Şəhzad 17 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N.Ə.Şəhzad Azərbaycan tərəfindən mühafizə olunan dövlət sərhədini, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Cəlilabad rayonunun Edişə kəndi ərazisindən keçib. Geri qayıtmaq üçün dövlət sərhədini təkrar qanunsuz olaraq keçmək istəyən zaman Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “N saylı” hərbi hissənin sərhəd zastavasının hərbi qulluqçuları tərəfindən müəyyən edilib.

Bu zaman o, qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış “Kalaşnikov” silahını quraşdırmaqla atəşə hazır vəziyyətə gətirib, 30 metr aralıda olan DSX əməkdaşları Vaqif Hacıyev, Elməddin Rəhimov və Rauf Xəlilov istiqamətində tuşlayaraq nizamsız atəşlər açıb. Bu zaman hərbi hissənin qərargah rəisinin müavini-dövlət sərhədinin mühafizəsi bölməsinin rəisi Hacıyev Vaqif Nüsrət oğlunu, sərhəd zastavası rəisinin texniki mühafizə üzrə müavini, çevik hərəkət bölüyünə ezam edilmiş Rəhimov Elməddin Faiq oğlu və təminat bölüyününsürücü-atıcı vəzifəsində xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu XəlilovRauf Vaqif oğlunu xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd edib. Şübhəli şəxs tərksilah edilərək saxlanılıb. Onun üzərindən külli miqdarda narkotik aşkarlanıb.

Açar sözlər:

Oxunub: 415