Gədəbəydə mikroavtobusla minik avtomobili toqquşub, ölən və yaralananlar var


12:53     01 Fevral 2020 qeza_yeni.jpg

Gədəbəy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Slavyanka kənd ərazisində qeydə alınıb.

Mikroavtobusla "VAZ" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər hadisə yerində ölüb. Daha 7 nəfər - 1967-ci il təvəllüdlü Şəhla Şəmilova, 1996-cı il təvəllüdlü Solmaz Sadıqova, 1964-cü il təvəllüdlü Mənzər Məmmədəliyeva, 2002-ci il təvəllüdlü Coşqun Abbasov, 1985-ci il təvəllüdlü Sahil İsmayılov və 1963-cü il təvəllüdlü Ağa Ələkbərov isə xəsarət alaraq Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 652