Gürcüstanda azərbaycanlı kişi qətlə yetirilib


16:21     01 Fevral 2020 2019/02/meyit_yeni1_1549968810.jpg

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Samcevrisi (Şəmşoy) kəndində azərbaycanlı kişi qətlə yetirilib.


Kənd sakini Feyzi Əhmədov ötən axşam qohumlarını ziyarət etmək məqsədi ilə yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

F.Əhmədovun ailə üzvləri onun gecə saatlarında evə gəlmədiyini gördükdə axtarmağa başlayıblar, lakin axtarışlar nəticə verməyib. Bundan sonra yerli polis şöbəsinə məlumat verilib.

DİN əməkdaşlarının apardığı axtarış zamanı kəndin yaxınlığında F. Əhmədovun bıçaqla qətlə yetirilmiş meyiti aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 892