Sabirabad sakini başından bıçaqlandı


17:36     01 Fevral 2020 bicaq5.jpg



Sabirabad rayonunun Şəhriyar kənd sakini, 1993-cü il təvəllüdlü Əliyev Kamran Nizami oğlu baş nahiyəsindən 3 bıçaq xəsarəti ilə Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Femida.az-ın məlumatına görə, K. Əliyevin sifət, qulaq seyvanı və boyun nahiyəsinə bıçaq xəsarətləri yetirilib. Arteriya damarı zədələndiyindən çoxlu qan itirib, vəziyyəti ağırdır.

Keçirilən əməliyyatla hadisəni törətməkdə təqsirləndirilən şəxs, Şirvan sakini, 1988-ci il təvəllüdlü Qasımov Şamil Aslan oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 586