Bakıda əcnəbini qarət edənlər yaxalandılar


20:07     01 Fevral 2020 cibgirə.jpg

Əcnəbi vətəndaşın pulqabısını açıq talama yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar.

Daxili İşlər Nazirliyindən (DİN) Femida.az-a verilən məlumata əsasən, Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş yanvarın 31-də saat 3 radələrində H.Z.Tağıyev küçəsində 2 nəfərin ondan içərisində 1800 ABŞ dolları olan pulqabısını açıq talama yolu ilə aldığını bildirib.

Qeyd edilir ki, dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Səttarzadə və V.Yusubov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Səbail RPİ-də araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 777