Salyanda yol qəzası olub, xəsarət alan var


21:51     02 Fevral 2020 2020/02/0ad38a97-3683-4d78-a7a6-84a170999556_1580662363.jpg

Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında yeni Ələt-Astara magistral yolunun Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “QAZel” markalı maşınla “Hyundai” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində xəsarət alanın olduğu bildirilir. Hadisə yerinə təcili yardım maşını göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 773